Qədim tarixə malik olan Quba abidə və etnoqrafiq mənbələrlə zəngindir. Rayonda 134 tarixi-arxeoloji abidə mövcuddur. Avropanın ən uca dağ kəndi sayılan Xınalıq kəndində IX əsrə aid Atəşpərəstlər məbədi, Ağbil kəndində XVI əsrə aid türbələr, Quba şəhərində XIX əsrə aid Səkinəxanım, Hacı Cəfər və Cümə məscidləri, Gümbəzli hamam vardır.
Quba şəhərində dövlət xadimi, mütəfəkkir A. A. Bakıxanovun büstü, böyük şair Səməd Vurğunun, V. Mayakovskinin, Böyük Vətən müharibəsində həlak olanların xatirəsinə həsr edilmiş "Naməlum əskər"in heykəlləri ucaldılmışdır.
Ərdəbil məscidi
“Ərdəbil” məcsidi XIX əsrə aiddir. Məcsid bişmiş kərpicdən tikilmişdir. Məscid bir iri otaqdan ibarətdir. Məscid 4 üzlü prizma şəklindədir. Məscidin 9 pəncərəsi, 1 qapısı var.
“Ərdəbil” məscidindən 1967-ci ildə arxiv kimi istifadəyə verilmişdir. 1980-cı ilin iyun ayında elektrik xəttində baş vermiş qəza nəticəsində yanmışdır. Nazirliyin qərarına əsasən rayon ərazisində tədricən bərpa işləri görülmüşdür.
“Ərdəbil” məscidi də o vaxtlar az da olsa təmir olunmuşdur. Sonralar din xadimləri tərəfdən köməkçi otaqlar ,dəstəmaz almaq üçün ayrıca yer, dörd bir yanı barı çəkilmişdir. Hal-hazırda “Ərdəbil” məscidi dini məqsədlə istifadə olunur. Heç bir təmirə ehtiyacı yoxdur.
Cümə məscidi
Zəngin memarlıq üslubuna malik olan ən qədim məscidlərdən biri olan “Cümə” məscidi 1802-ci ildə Qazi Nəsrullah əfəndinin oğlu Qazi İsmayıl əfəndinin maddi yardımı ilə tikilmişdir. Binanın tikilisi müəyyən fasilələrlə 10 ilə başa çatdırılmışdır. Bu məscid təkcə Qubada deyil, şimal-şərqi Azərbaycanda ən qədim dini mərkəzlərdən biri olmuşdur. Məscid və onun nəzdində olan mədrəsə 1924-cü ilədək fəaliyyət göstərmiş, qırmızı imperiya dövründə onun fəaliyyəti qadağan edilmişdir. 1933-cü ildə mədrəsə, minarə sonralar isə digər tikililər dağıdılmışdır.
Azərbaycan müstəqillik yoluna qədəm qoyduqdan sonra məscid yenidən dindarların istifadəsinə verilmiş və dini qurum kimi ədliyyə nazirliyində qeydiyyatdan keçmişdir. Qısa müddət ərzindən məscidin ətrafına şəbəkəli hasar çəkilmiş, su-konalzasiya xətləri qoşulmuş, dəstəmazxana və mədrəsənin tikintisi də başa çatmişdır və digər abadlıq işləri də görülmüşdür. Türkiyənin dini işlər idarəsi məscidə 3 000 $ dəyərində minbər bağışlamışdır. Həmin təşkilat qubalı dindarların xahişlərini nəzərə alaraq burada hündürlüyü 50 metr olan minarənin tikilişini də öz üzərinə götürmüşdür. Artıq minarənin tikilişi başa çatmışdır.
Səkinaxanim Məscidi
“Səkinəxanım” məscidi XIX əsrə aiddir. Məscidi Səkinəxanımın əri Abbasqulu Bakıxanovun xatirəsini əbədiləşdirmək üçün tikdirmişdir. Tikinti 1840 -ci illərin sonunda başlamış, 1854-cü ildə başa catmışdır. Məscid bir otaqdan ibarətdir. Məscidin binası bişmiş kərpicdən inşa olunmuşdur. Məscid dördbucaqlı şəkildə tikilmişdir. Məscidin 9 pəncərəsi, 2 qapısı var.Məscidin əsas giriş qapısı şimal tərəfdəndir.
Məscidin bayır tərəfdən qapısının üstündə ərəb əlifbası ilə yazılmış lövhə var. Məscidin günbəzi xaricdən ağ dəmirlə örtülmüşdür.
Məscidin günbezinin üstünde məscidin şərəfi yerləşir. Şərəfə çıxmaq üçün yer məscidin içindədir. Məscidin içəri tərəfdən hündürlüyü 20 m-dir. Ümumi hündürlüyü 27 m-dir. Hal-hazırda məscidin təmirə ehtiyacı yoxdur. Abidənin həyət hissəsində əlavə yardımçı otaqlar tikilmişdir. Bu otaqlardan mədrəsə, çayçı kimi istifadə olunur. Dindarlar tərəfindən məscid kimi istifadə olunur.
Günbəzli Hamam
Gunbezli hamam XIX esre aiddir.Gunbezli hamamin binasi qirmizi kerpicden insa olunmusdur.
Hamam planda dordbucaqli olmustur. Hamamin esas bas giris qapisi simal terefdendir. Hamamin gunbezi qirmizi kerpicden tikilmisdir.Gunbezli hamam 6 otaqdan ibaret olub, 2 qapisi ve 6 penceresi var.Gunbezli hamam1985-ci ile kimi istifade ounmusdur.
Hacı Cəfər məscidi
“Hacı Cəfər məscidi” XIX əsrin əvvəllərində Rəcəb ayının 25 də Hacı Cəfər tərəfindən tikilmişdir. Məscid bişmiş kərpicdən inşa olunmuşdur. Məscid 4 otaqdan ibarətdir. Məscid planda dördbucaqlı olub, əsas ibadət zalında və önündəki köməkçi otaqlardan ibarətdir. Məscidin əsas baş girişi şimal tərəfdəndir. Mehrab qapı ilə üzbəüz yerləşib. Əsas zalın ortasında tavan örtüyünü saxlamaqdan ötrü iki ədəd sütun vardır. Qadınlar üçün ayrılmış kiçik zal ikinci mərtəbədə yerləşir. Məscidin günbəzi xaricdən ağ dəmir ilə örtülmüşdür. Məscidin şərəfi günbəzin üzərində yerləşir. Şərəfə çıxmaq üçün içəridə sağ tərəfdə pilləkənlər var. Hal- hazırda məscidin texniki vəziyyəti yaxşıdır, bərpaya ehtiyacı yoxdur.
Məscid 1983–cü ildə ayinlər şurası tərəfindən bərpa olunmuş dini ocaq kimi istifadə olunur.
|