Ana səhifə   Kitabxana haqqında     Tədbirlər     E- kitabxana     E- kataloq     Normativ hüquqi sənədlər     Əlaqə


"ƏN ÇOX OXUNAN KİTABLAR".

85(5Aze)
Ə-51
Heydər Əliyev və mədəniyyət. Azərbaycan xalqının ümümmilli lideri Heydər Əıiyevin mədəniyyət sahəsində yorulmaz fəaliyyətini əks etdirən üçcildliyin I cildində dahi şəxsiyyətin ölkə rəhbərliyinə gəldiyi 1969-cu ildən 1982-ci ilə qədər və 1993-cü -1996-cı illərdə , II cildində 1997-1998-ci illərdə ,III cildində isə 1999-2003-cü illərdə Azərbaycan mədəniyyətinə, incəsənətinə, kinosuna , ədəbiyyatına və s.böyük qayğısını səciyyələndirən materiallar və mədəniyyət xadimləri ilə görüşləri , müsahibələri, tövsiyələri, milli-mənəvi dəyərlərə verdiyi yüksək qiymət barədə materiallar toplanmışdır. 2008.


63.3 (5Aze)
H-90
Humanizm və xeyirxahlıq missiyası .
Kitabda zaman etibari ilə çox qısa müddətdə millət və dövlət baxımından strateji əhəmiyyət daşıyan bir sıra layihələri uğurla gerçəkləşdirərək xeyirxahlığın ali ünvanına çevrilmiş Heydər Əliyev Fondunun qarşıya qoyduğu hər bir xoş məramdan söhbət gedir. Eyni zamanda kitabda Heydər Əliyev Fondunun prezidenti , YUNESKO-nun xoş məramlı səfiri ,millət vəkili Mehriban xanım Əliyevanın yüksək humanizm , mərhəmət və nəciblik kimi ali mənəvi keyfiyyətləri öz əksini tapıb. 2007.


63.3(5Aze)
A-99
Azərbaycan Milli Elmlər Akademiyası
A.Bakıxanov adına tarix institutu
Azərbaycan tarixi. Yeddi cilddə. Azərbaycan dünyanın ən qədim insan məskənlərindən və sivilizasiya mərkəzlərindən biridir. Yeddi cildlik bu kitablarda Azərbaycan tarixinin ən qədim zamanlarından –arxioloji mənbələr və yazılı abidələr əsasında ölkəmizdə ibtidai insan cəmiyyətinin mərhələləri , mənəvi həyatı , onun dağılması ,ilkin sinifli cəmiyyətin və dövlətin meydana gəlməsi və s.-dən başlayaraq ta bu yaxın dövrlərdə baş verən respublikanın suverenliyinin bərqərarlaşdırılması , müstəqil dövlətçiliyin qurulması və möhkəmləndirilməsi , ölkənin iqtisadi , siyasi, mədəni inkişafı arxiv sənədləri , dövri mətbuat materialları və s. əks olunmuşdur.


82.3(5Aze)
A-99
Azərbaycan nağılları .Beşcildlik “Azərbaycan nağılları”-nın təqdim olunan I cildinin əsasında milli folklorun toplanması , nəşri və araşdırılmasında böyük xidməti olan Hənəfi Zeynallının “Azəzbaycan nağılları “ toplusu dayanır. II ,III, IV cildlərdə toplanmış nağıllarda real aləm ilə xəyal aləminin vəhdəti və bu vəhdətə inam əks olunmuşdur. V cildə isə “Moltanı padşahı” , “Uşax pəhlivan”, “Yusiflə Sənubər”, “Padşah və dəmirci “, ilə yanaşı “Ovcu Pirim “, “Göycək Fatma”,”Loğman”, “Kəsik baş”, “İskəndər Zülqərneyn” və bu kimi bəzən bir , bəzən də bir necə dəfə nəşr edilmiş sujetlərin yeni, maraqlı variantları daxil edilmişdir. 2005.


84(5Aze)
Ə-12
İlyas Əfəndiyev
Seçilmiş əsərləri. Üç cilddə.XXəsr Azərbaycan ədəbiyyatının klassiki , bənzərsiz nəsr ustası və dramaturq, xalq yazıçısı İlyas Əfəndiyevin “Seçilmiş əsərləri” üçcildliyinə əlli ildən də çox bir zaman aralığında qələmə aldığı hekayələri, pyesləri və romanları daxil edilmişdir. 2005.


84(4Fr)
H-95
Viktor Hüqo .
Səfillər.Yalnız fransız ədəbiyyatının deyil , dünya ədəbiyyatının da görkəmli simalarından sayılan Viktor Hüqo özünün parlaq istedadının məhsulu olan əsərləri ilə bəşər bədii fikri tarixini zənginləşdirmişdir. Onun tükənməz yaradıcılıq aləmındə “Səfıllər” romanının xüsusi cəkisi var. Beş hissədən ibarət olan bu kitablar oxucular tərəfindən sevilə- sevilə oxunur. 2005.


84.(5Aze)
A-39
Əlisəfa Azayev.
Gizli əməliyyat.Yazıcı –hüquqşünas Əlısafa Azayevin imzası oxuculara yaxşı tanışdır. Onun dedektiv janrda qələmə aldığı povest və hekayələr əslində həyatdan götürülmüş real hadisələrlə doludur.Çox yaxın kecmişimizdən –durğunluq dövründən bəhs edən bu əsəri oxuduqca bir quruluş olaraq o sistemin iflasa məhküm olunduğu zərrəcə şübhə doğurmur. 2003.


63.3(5Aze)
E-96
Əli Eyvazov.
Bir Batalyonun Tarixçəsi. Kitabda Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 1993-cü ıl 2 noyabr tarixində xalqa müraciətindən sonra təşkil olunmuş Quba –Qusar könüllülərindən idarət batalyonun yaranması , erməni təcavüzkarlığına qarşı batalyon igidlərinin ölüm-dirim mübarizəsi , sıravi əsgərdən tutmuş zabitə kimi hər bir döyüşcünün düşmənə nifrət hissi ilə torpaqlarımızın qorunması uğrunda apardığı döyüşlər haqqında sənədli materiallar öz əksini tapır. 2010.


67.4(5Aze)
Ş- 94
Vəkil Şükürov.
Qara Kəmər. Kitabda 1994-2005-ci illərdə Bakı şəhərində mütəşəkkil cinayətkar dəstənin fəalıyyətindən , həmin cinayətkar dəstə üzvlərinin saysız-hesabsız qətl , adam oğurluğu , ayrı –ayrı şəxslərə silahlı basqınlar törətməsindən və onların uzun müddət cəzasız qalmasından bəhs edilir. Əsər sənədli xronikadan idarətdir. 2009.


84 (5Aze)
D-97
Kərim Dünyamalı .
Ölməzlər. Kod “598”. Tanınmış qələm sahibi bir necə sənədli , tarixi və publisistik kitabların müəllifi , Azərbaycanın vətənpərvər oğlu K. Dünyamalının bu kitabında əsasən sovetlər dövründə bolşevik rejiminin qeyri –rus millətinin nümayəndələrinin başına açdığı faciələrdən söhbət acılır və erməni əlaltılarının azərbaycanlılara qarşı törəkdikləri hadisələr işıqlandırılır. 2010.


92 5(Aze)
A-99
Azərbaycan Milli Ensiklopediyası.
Hörmətli oxucu!
Azərbaycan Milli Ensiklopediyasının “Azərbaycan” cildi bütövlükdə Azərbaycan Respublikasına həsr olunmuşdur. Ölkəmizin dünəni və bu günü : qədim tarixi və müasir həyatı , təbii sərvətləri və geosiyası mövqeyi , elm , təhsil və mədəniyyət sahəsində nəaliyyətləri kitabda öz ifadəsini tapmışdır.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti


92 5(Aze)
U-74
Uşaqlar ücün Ensiklopediya.
“Uşaqlar ücün ensiklopediya”lar Beynəlxalq təhsilverici sistemlər mərkəzi (BTSM) və YUNESKO/BTSM Beynəlxalq kafedra – şəbəkəsi tərəfindən hamı ücün fasiləsiz təhsil sistemlərində dərs vəsaiti kimi tövsiyə edilmişdir. Bu ensiklopediyalarda elmin geologiya, informatika və kimya fənlərindəki yeniliklərdən bəhs olunur.


84 5(Aze)
D-84
Teodor Drayzer.
Kerri bacı.
Dünya şöhrətli yazıçı və ictimai xadim , amerikan ədəbiyyatında realizmin ən görkəmli nümayəndələrindən biri sayılan Teodor Drayzerin “Kerri bacı “ romanında qadın xoşbəxtliyinə aparan yolun təmiz və şərəfli , bu yolla gedənin isə ləyaqətli , namuslu , günahsız olduğunu vəsf edən Amerika həyat tərzi , sadə insanların mənəviyyatını pozan , onların saf , bakirə əxlaqına təcavüz edən burjua cəmiyyəti ciddi tənqid edilmişdir.


84 5(Aze)
C-44
Cəfər Cabbarlı. Əsərləri. Dörd cilddə.
Cəfər Cabbarlı XX əsr Azərbaycan ədəbiyyatının ən görkəmli klassiklərindən biridir. Qüdrətli sənətkar fikir tariximizdə həm də şair kimi tanınır. Cümhuriyyət dövründə milli vətənpərvərlik ruhunda şeirlər yazan Cabbarlının lirik parçalarına bir çox gözəl mahnılar da bəstələnmişdir. Bu cidlərə pyesləri, poemaları, hekayələri və lirik şeirləri daxil edilmişdir.


84 5(Aze)
A-61
Anar Seçilmiş əsərləri.
Xalq yazıçısı Anarın bu kitabına “Ağ liman”, “Beşmərtəbəli evin altıncı mərtəbəsi” və “Ağ qoç, qara qoç” əsərləri daxildir. Oxuculara yaxşı tanış olan “Ağ” liman povestində əxlaqi problemlər qaldırılır, İnsanın həyatda öz yerini tapa bilməsi, məzmunlu və dolğun ömür sürməsindən bəhs olunur. “Beşmərtəbəli evin altıncı mərtəbəsi”romanı bir növ “Ağ liman” ın davamı kimi düşünülsə də əslində müstəqil əsərdir. Bu romanın mərkəzində “Ağ liman”dan tanıdılmış Zaur və Təhminə dayanırlar. Əsərdə onların məhəbbətindən, həqiqi hissin qorunub saxlanmasının vacibliyindən söz açılır. Son illərdə qələmə aldığı “Ağ qoç, qara qoç” əsərində isə müəllif xəyallarında kerçəkləşdirdiyi Azərbaycanın kələcək taleyini iki fərqli yöndə, bir-birindən əks qütblərdə dayanan qatlarda təsvir etmişdir.






Quba rayonu haqqında
Quba rayon İcra
hakimiyyəti

Turizm gözəllikləri
Qəçrəş
Xınalıq
Çox oxunan kitablar
Muzeyin eksponatları
Cənnət bağı
Qonaqkənd
Görkəmli şəxslər
Abidələrimiz
1918-ci il soyqırımı
Azsaylı xalqlar
Quba-Qusar batalyonu
haqqında

Quba-Qusar batalyonunun
şəhid olan döyüşçüləri