Quba rayon mərkəzi kitbxanası 1932-ci ildə yaradılmışdır. Bu dövrədək müxtəlif formalarda qiraətxanalar, kitabxanalar da faəliyyət göstərmişdir.
1978-ci ildə rayon kitabxanaları mərkəzləşdirilərək Quba rayon mərkəzləşdirilmiş kitabxana sistemi yaradılmışdır.
Mərkəzi kitabxanada 5 şöbə fəaliyyət göstərir;
1. Xidmət şöbəsi;
2. Uşaq şöbəsi;
3. Metodika və biblioqrafiya şöbəsi;
4. Vahid fondun təşkili və ondan istifadə şöbəsi;
5. Kitabişləmə və komplektləşdirmə şobəsi.
MKS-nin tərkibində 1 mərkəzi, 1 uşaq, 3 şəhər, 102 kənd kitabxanası---cəmi 107 kitabxana fəaliyyət göstərir.
2002-ci ildə Quba rayon mərkəzi kitabxanasında kənd rayonları arasında ilk dəfə olaraq Resurs-İnformasiya Mərkəzi-Kompüter zalı açılmışdır.
MKS 2003-cü ildə fəaliyyət dairəsinə görə II qrupa keçirilmişdir.
MKS “Mədəniyyət haqqında“, ”Kitabxana işi haqqında“ Qanunları, Respublika Prezidentinin kitabxana işi ilə bağlı bütün qərar və sərəncəmlarını, digər direktik sənədləri rəhbər tutaraq fəaliyyət göstərir.
Quba rayonu MKS-nin Şöbələri haqqında məlumat

Mərkəzi kitabxanada 5 şöbə fəaliyyət göstərir;
1. Xidmət şöbəsi;
2. Uşaq şöbəsi;
3. Metodika və biblioqrafiya şöbəsi;
4. Vahid fondun təşkili və ondan istifadə şöbəsi;
5. Kitabişləmə və komplektləşdirmə şobəsi.
Quba rayon MKS-yə üzv yazılma qaydaları
Quba rayon MKS-nin tabeliyinda olan bütün kitabxanalara hər bir vətəndaş pulsuz üzv yazila bilər. Bu zaman hər bir kəs şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidir. Oxucu üçün anket yazılır, ona kitabxanadan istifadə qaydalari izah olunur. Kitabların qorunmasınin, mühafizəsinin zəruriliyi izah olunur.
Şəhərin oxucu məktəbliləri isə oxuduğu məktəbdən arayış təqdim edirlər.Bunun vacibliyi ondadır ki, oxucu ilə bağlı məktəblə əlaqə saxlamaq mümkün olur.
Quba rayon MKS-nin kitab fondundan
İstifadə qaydaları
Ədəbiyyat oxucuya 15 gün müddətinə verilir. Müəyyən səbəblərdən oxucu həmin ədəbiyyatı oxuya bilməyibsə, onun xahişi ilə müddət yenidən uzadılır və anketdə müvafiq qeydlər aparılır.
Kitabın qaytarılması gecikdirildikdə oxucuya telefonla zəng olunur, xəbərdarlıq edilir. Nəticə vermədikdə oxucunun ünvanına rəsmi məktub göndərilir.
Kitab itirildikdə, imkan daxilində oxucudan həmin adda kitabin alınıb kitabxanaya verilməsi tələb olunur. Bu mümkün olmadıqda qanuna müvafiq tədbir görülür.
Quba rayon MKS-nin iş vaxtı haqqında məlumat
Mərkəzi kitabxananın iş vaxtı səhər saat 930 dan axşam saat 1830 dəkdir. Kitabxana fasiləsiz işləyir .İstirahət günlərindən kitabxanaçılar növbəlilik əsasında,
əvəzçilikdə istifadə edirlər. Kənd kitabxanaları da iş vaxtını yerli şəraitə uyğun qururlar. İş günü 7 saat olmaqla kənd kitabxanaçıları bir istirahət günündən istifadə edirlər.
|