Ana səhifə   Kitabxana haqqında     Tədbirlər     E- kitabxana     E- kataloq     Normativ hüquqi sənədlər     Əlaqə


Həbibov Rauf Xeyrulla oğlu
Quba rayon icra hakimiyyəti başçısı

1 aprel 1965-ci ildə Lənkəran şəhərində anadan olub.
Əmək fəaliyyətinə 1982-ci ildən Qaradağ tikinti materialları kombinatında fəhləlikdən başlayıb.
1990-cı ildə İnşaat və Mühəndislər İnstitutunu bitirmişdir. 1989-cu ildə TQQ-376-da tikinti ustası, 1990-cı ildən Bakı Tikinti Konstruksiyaları Kombinatında tikinti ustası, 1991-ci ildən «Günəş» kiçik müəssisəsinin direktoru, 1993-cü ildən «Müstəqil Balbelan» müəssitsəsinin direktor müavini vəzifələrində işləyib.
1996-cı ildən TQQ-781-də iş icraçısı, 1999-cu ildən 1 saylı İM-nin baş mühəndisi işləyib.
2007-ci il 1 oktyabr tarixində Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Quba Rayonu İcra Hakimiyyətinin başçısı təyin edilib.

Məmmədov Sahib Pirnəzər oğlu
Quba rayon icra hakimiyyəti başçısının
birinci müavini

26 iyun 1960-cı ildə Quba rayonun İqriq kəndində anadan olmuşdur. 1977-ci ildə rayonun Nərimanovka orta məktəbini bitirərək Quba Sovxoz texnikumunda fəhlə olaraq əmək fəaliyyətinə başlamışdır. 1979-1981-ci illərdə Almaniya Demokratik Respublikasında hərbi xidmət keçdikdən sonra 1981-1987-ci illərdə Ukrayna Respublikası Xerson şəhər Kənd Təsərrüfatı İnstitutunun zoomühəndis fakültəsində ali təhsil almış və oranı fərqlənmə diplomu ilə bitirmişdir. 1987-ci ildən Ukrayna Respublikası, Nikolayev vilayəti Novıy Buq rayonu “Kolos” kolxozunda baş zootexnik, kolxoz partiya komitəsinin katibi, kolxoz sədrinin müavini vəzifələrində çalışmış, kolxoz sədri vəzifəsini icra etmişdir. 1989-cu ildə Novıy Buq rayon Partiya Komitəsinin təşkilat şöbəsində təlimatçı vəzifəsinə qəbul olunmuşdur. Məlum 20 Yanvar hadisələrindən sonra öz təşəbbüsü ilə 1990-cı ilin fevral ayından Ukrayna və Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitələrinin razılığına əsasən Quba rayon Partiya Komitəsinin Təşkilat şöbəsinə təlimatçı vəzifəsinə köçürülmüş, burada, daha sonra Kommunist Partiyasının ləğvindən sonra rayon icra hakimiyyətində ümumi şöbə müdiri və rayon icra hakimiyyəti başçısının kənd təsərrüfatı üzrə müavini vəzifələrində çalışmışdır. 1992-1994-cü illərdə Quba rayon “Moskva” sovxozunda direktor, 1994-1996-cı illərdə rayon Kənd Təsərrüfatı idarəsinin rəisi, eyni zamanda rayon icra hakimiyyəti başçısının kənd təsərrüfatı üzrə müavini, 1996-1999-cu illərdə Quba rayon icra hakimiyyəti başçısının sosial-iqtisadi inkişaf məsələləri üzrə müavini, 1999-2010-cu illərdə Quba rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin direktoru vəzifələrində çalışmışdır. 2010-cu ilin aprel ayından Quba rayon icra hakimiyyəti başçısının birinci müavini vəzifəsinə təyin olunmuşdur. Əmək fəaliyyəti dövründə 1988-ci ildə Ukrayna Respublikası Novıy Buq rayon Xalq Deputatları Sovetinin, 1990-cı ildə Quba rayon Xalq Deputatları Sovetinin deputatı seçilmişdir. Ailəlidir, 4 övladı var.

Əkbərova Xanımsona Ələkbər qızı
Quba rayon icra hakimiyyəti başçısının təhsil, səhiyyə və
mədəniyyət məsələləri üzrə müavini

1955-ci ilin aprel ayının 1-də Quba şəhərində anadan olub.
1973-cü ildə Bakı Dövlət Universitetinin fizika fakültəsinə daxil olub, 1978-ci ildə həmin fakültəni fizik-fizika müəllimi ixtisası üzrə bitirib. 1978-ci ildə Quba şəhər 4 saylı orta məktəbində əmək fəaliyyətinə başlayıb, 1979-cu ildə həmin məktəbə direktor müavini, 1984-cü ildə isə direktor təyin edilmişdir.
2008-ci ilin yanvar ayının 18-dən Quba rayon icra hakimiyyəti başçısının təhsil, səhiyyə və mədəniyyət məsələləri üzrə müavini vəzifəsinə təyin edilmişdir.
2001-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.

Vəliyev Nəsrulla Əhməd oğlu
Quba rayon icra hakimiyyəti başçısının sosial-iqtisadi
məsələlər üzrə müavini

1963-cü ildə Quba rayonunun Qorxmazoba kəndində anadan olmuşdur. 1981-1983-cü illərdə hərbi xidmətdə olmuş, 1983-1986-cı illərdə Quba rayon mühafizə şöbəsində gözətçi işləmişdir. 1986-cı iləd M.F.Axundov adına Azərbaycan Dövlət Pedaqoji İnstitutuna qəbul olunmuş, 1991-ci ildə institutun rus dili və ədəbiyyatı fakültəsini bitirmişdir. 1991-2002-ci illərdə rayonun Paşaoba kənd orta məktəbində müəllim, 2002-2010-cu illərdə Quba rayonu icra hakimiyyəti başçısının Vəlvələ inzibati ərazi vahidliyi üzrə nümayəndəsi işləmişdir. 27 sentyabr 2010-cu il tarixdən Quba rayonu icra hakimiyyəti başçısının sosial-iqtisadi məsələlər üzrə müavini təyin olunmuşdur.

Xəlilov Mübariz Sabir oğlu
Quba rayon icra hakimiyyəti başçısının aqrar
məsələlər üzrə müavin əvəzi

1971-ci ildə Quba şəhərində anadan olub.
1989-cu ildən - 1991-ci ilədək Azərbaycan Texniki Universitetində təhsil alıb.
1995-ci ildən - 1997-ci ilədək “Azəravtoyol” Dövlət Şirkətinin Tranzit vergi inspeksiyasının SDK məntəqəsində aparıcı müfəttiş vəzifəsində işləyib.
1997-ci ildən - 1998-ci ilədək 3 saylı Təmir-tikinti trestinin 21 saylı təmir-tikinti idarəsində mühəndis-mexanik işləyib.
27.07.1998-ci ildən 15.12.1998-ci ilədək “Ayzberq” səhmdar cəmiyyətinin Bakı soyuducu kombinatında mühafizə şöbəsində nəzarətçi işləyib.
1999-cu ildən Quba RİHB aparatında ictimai təşkilatlar və siyasi partiyalarla iş şöbəsinin referenti, 2000-ci ildə RİHB aparatının memarlıq tikinti şöbəsinin böyük mühəndisi vəzifəsində işləyib.
2000-ci ildə rayon icra hakimiyyəti başçısının təqdimatı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasına müdavim qəbul olub və oranı bitirib.
2002-ci ildən Quba rayon icra hakimiyyəti başçısının aqrar məsələlər üzrə müavin əvəzi vəzifəsində işləyib.






Quba rayonu haqqında
Quba rayon İcra
hakimiyyəti

Turizm gözəllikləri
Qəçrəş
Xınalıq
Çox oxunan kitablar
Muzeyin eksponatları
Cənnət bağı
Qonaqkənd
Görkəmli şəxslər
Abidələrimiz
1918-ci il soyqırımı
Azsaylı xalqlar
Quba-Qusar batalyonu
haqqında

Quba-Qusar batalyonunun
şəhid olan döyüşçüləri