Quba rayonunun ən böyük kəndlərindən biridir. Turizminə görə Azərbaycanda tanınan yerdir.
Kənddə mədəniyyət evi, 3 kənd sovetlik binası, poçt, 11 illik məktəb və bir məscid var.
Qəçrəş kəndi Qımıl-qazma kəndi ilə qonşudur və bir sovetlik tərkibinə daxildir. Bu ərazi əvvəllər Nərimanov kolxozu adlanırdı. Kənddə çoxlu istirahət mərkəzləri fəaliyyət göstərir. İl ərzində kənd rayon büdcəsinə 500 000 AZN xeyir verir.
Əhalisini əsasən azərbaycanlılar təşkil edir. Burada ləzgilər də yaşayır.
Kənd təsərrüfatı və turizm üstünlük təşkil edir.Bundan başqa Qubanın Qəçrəş kəndi ərazisində "Minarə", “Quba”, “Avand”, “Səməd”, “Sahil”, “Cənnət”, “Panda”, “Ahu”, “Qəçrəş” “Aynur” istirahət zonaları faəliyyət göstərir.
|