Quba soyqırımı - Qubada ermənilər tərəfinədən törədilən soyqırımdır. 2007-ci ildə, şəhər stadionun təmiri üçün qazma işləri aparılarkən kütləvi qəbiristanlıq aşkar edilmişdir və işlər təxirə salınaraq bölgəyə mütəxəssislər cəlb edilmişdir. Qazma işləri davam etdirilir.
Qubadakı məzarlıqda tapılan sümüklərin ermənilərin 1918-ci ildə törətdiyi soyqırımı qurbanlarına aid olduğu təsdiqlənib.
Mart Soyqırımı və ya Mart Hadisələri (ingiliscə: March Events) - 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Xaçmaz, Lənkəran, Hacıqabul, Səlyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və daşnak erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı böyük qırğınlar törətdi.
Regionlarda ən böyük qətliam Quba qəzasında aparıldı. Aprel ayında Quba qəzasına göndərilən daşnak dəstələrinin komandiri Hamazasp bildirmişdi: "Mən erməni xalqının qəhrəmanı və onun müdafiəçisiyəm... Mənə Xəzər dənizindən Şahdağadək olan ərazidə bütün müsəlmanları məhv etmək əmri verilmişdir". Onun başçılıq etdiyi daşnak dəstələri Quba qəzasında 122 kəndi yandırdılar. Yerli sakinlər isə min bir əzablarla qətlə yetirildilər. Ermənilər adamların gözlərini çıxararaq "gözmuncuğu" düzəldirdilər. Erməni millətçiləri tərəfindən törədilən bu soyqırım zamanı 30 minə yaxın adam öldürüldü.
Rəsmi mənbələrə əsasən soyqırımın nəticəsində 12 minə yaxın azərbaycanlı qətlə yetirilmiş[1][2][3]., on minlərlə insan itkin düşmüşdür. Azərbaycan prezidenti Heydər Əliyevin 26 mart 1998-ci il tarixli sərəncamı ilə 31 mart Azərbaycanlıların Soyqırım Günü kimi qeyd olunur.
Arxeoloqların fikri
“Qubadakı kütləvi məzarlıqda aşkar edilən iki arx skeletlərlə doludur. Bu, ermənilərin 90 il əvvəl Qubada soyqırım həyata keçirdiyini sübut edir. İnanın ki, dəhşətdən burada işləyə bilmirik. Hər qarış torpaqda görünməmiş vəhşiliklə rastlaşırıq”. Bu sözləri APA-ya açıqlamasında Qubada aşkar edilən kütləvi məzarlıqda tədqiqat aparan ekspedisiyanın rəhbəri Qəhrəman Ağayev deyib.
“Qubada tədqiqat aparan ekspedisiyanın yekun arayışı bu gün instituta təqdim olunub. Sümüklərin antropoloji tədqiqatı onların müsəlmanlara aid olduğunu təsdiqləyib”.
Bu sözləri APA-ya eksklüziv açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru Maisə Rəhimova deyib. M. Rəhimovanın bildirdiyinə görə, bu məzarlıq ermənilərin 1918-ci ildə Qubada törətdikləri qətliamların üzə çıxan bir hissəsidir.
“Quba ərazisində, Qudyalçayın sağ sahilində idman kompleksinin yenidən tikilməsi zamanı üzə çıxan insan sümüklərinin töküldüyü yerə məzarlıq demək olmaz. Çünki insan sümükləri bir-birinin üstündə tapılıb. Sümüklər çayın sahilindəki iki quyuda aşkarlanıb. Böyük quyunun diametri 5, kiçik quyunun diametri isə 2,5 metrdir. Quyular arasında 2 metr məsafə var. Böyük quyuda yüzlərlə insan skeletləri tökülüb. Skeletlərin bütöv halda tapılmaması insanların öldürüldükdən sonra, sanki şaqqalanaraq bura atıldığını göstərir”. Bu sözləri isə APA-ya açıqlamasında Qubada tədqiqat aparan elmi ekspedisiyanın üzvü, tarix elmləri namizədi Əsgər Əliyev deyib.
Ə. Əliyevin bildirdiyinə görə, çoxlu insan kəlləsi, uşaq sümükləri arasından yalnız 35 skeleti bütöv halda götürmək mümkün olub. Quyudan insana aid olan hər hansı bir sübut – saç, geyim, əşya tapılmayıb. “Çox güman ki, birinci quyu insan sümükləri ilə dolduğuna görə, yanında ikinci kiçik quyu qazılıb. Kiçik quyunun ağzı isə hələ açılmayıb”, - deyən Ə. Əliyev nəticələrin yerli təşkilatlara təqdim olunduğunu bildirib.
Sümüklərin tədqiqatı zamanı ölüm faktının nə vaxt baş verdiyi dəqiqləşib. Arxeoloqların bildirdiyinə görə, qədim sümüklərdə sementləşmə gedir, amma Qubada tapılan sümüklər hələ nəmliyini qoruyub. Bu isə ölüm tarixinin təxminən 80-90 il öncə olduğunu üzə çıxarır. Quyunun ətrafının ilkin tədqiqi nəticəsində qətliamların burda baş vermədiyi güman olunur: “Ermənilər qətliamların üstünü örtmək üçün, çox güman ki, suyun yuyub aparacağı gümanı ilə sümükləri çayın sahilinə töküblər”. Ə. Əliyev elmi ekspedisiyanın fəaliyyətinin başa çatdığını, məsələ ilə bağlı dövlət komissiyasının yaranmasının zəruri olduğunu bildirib.
|