Ana səhifə   Kitabxana haqqında     Tədbirlər     E- kitabxana     E- kataloq     Normativ hüquqi sənədlər     Əlaqə


Qırmızı qəsəbə

“Qırmızı Qəsəbə” Quba rayon mərkəzinin iki-üç kilometrliyində, Qudyalçayın kənarında yerləşir. Paytaxt Bakıdan təxminən iki yüz kilometr şimalda yerləşən bu qəsəbədən keçərkən təmtəraqlı binalarla yanaşı, dini məbədlər-sinaqoqlar-gözə dəyir. Dağ yəhudiləri Şərqi Qafqazda, əsasən, Azərbaycan və Dağıstanda kök salmış yəhudilərdir. Azərbaycanda dağ yəhudilərinin kompakt yaşadığı yer “Qırmızı Qəsəbə”dir. 1926-cı ilədək bu qəsəbə “Yəhudi qəsəbəsi” adlanıb. Sonra Sovet qurulanda, rusların 11-ci Qırmızı ordusu Azərbaycana daxil olarkən bu qəsəbədən keçib və bu ordunun şərəfinə qəsəbə “Qırmızı qəsəbə”adlanıb. Əhalinin 99%-i dağ yəhudilərdən ibarət olan qəsəbədə azərbaycanlılar və ləzgilər də yaşayır.
Tarixi mənbələrə görə, Azərbaycanda yəhudi məskunlaşmaları təxminən 2,5 min il əvvələ təsadüf edir.
“Qırmızı Qəsəbə”nin tarixi isə üç əsrə yaxındır. Vaxtilə bu qəsəbədə səkkiz min yəhudi yaşasa da, indi əhalinin sayı 3600 nəfərdir: “Qəsəbənin tarixində hələ belə hal olmayıb ki, istər dini, istərsə də etnik baxımdan azərbaycanlılar ayrı-seçkilik salsınlar. Burada tolerantlıq yüksək səviyyədədir. Yəhudilər də çox sülhsevər xalqdır”. Yeri gəlmişkən, burada dağ yəhudiləri bir-birilə görüşəndə şalom deyirlər. Müsəlmanların salam sözünə bənzəyən bu söz sən demə elə eyni mənanı bildirir. Yəni sülh, əmin-amanlıq olsun hər kəsə. Qəsəbənin mərkəzi küçəsi 18-ci əsrdə yaşamış Quba xanı Fətəli xanın adını daşıyır.
O, “Qırmızı Qəsəbə”də yaşayan yəhudilərə dostca yanaşıb, onları himayə edib. Azərbaycan müstəqillik əldə edəndən sonra da dağ yəhudiləri Leninin adını daşıyan bu küçəni Fətəli xan küçəsi adlandırır.
Qəsəbədə on üç sinaqoqdan yalnız səkkizi qorunub saxlanıb. Hazırda real olaraq onlardan ikisi sinaqoq olaraq qapısını camaatın üzünə açır. Qəsəbə icması öz gücüylə bu sinaqoqu on dörd il bundan qabaq restavrasiya edib. Qilkati adlanan bu sinaqoq qəsəbədə altı kublu tikilən yeganə sinaqoqdur. Quba xanı Hüseynəli xanın dövründə dağ yəhudiləri ondan xahiş edir ki, onlara yaşamaq üçün bir yer versin.
O da Qudyalçayın şərq sahilində, bax bu yeri dağ yəhudilərinə verir: “Altı günə yəhudilər gəlib bu yerə çatırlar. Və simvolik olaraq altı kublu bax bu sinaqoqu tikirlər”. Sinaqoqda gün ərzində üç dəfə ibadət olunur. Əgər məscidlərdə ibadət zamanı azan oxunursa,
sinaqoqlarda tam əksinə xüsusi çağırış olmur:“İnsanlar ibadət vaxtını əzbər bildiyindən özləri gəlib dua edirlər. Səhər ibadəti saat 8-də başlayır. Günorta ibadətinə axşam saat 8-də, axşam ibadətinə isə axşam saat 9-da .
gəlirlər”
Bakıdakı dağ yəhudilərinin sinaqoqundan fərqli olaraq buradakı sinaqoqlarda qadınlar üçün ibadət yeri yoxdur. “Qırmızı Qəsəbə”də qadınlar sinaqoqda ibadət etmirlər. Onlar yalnız bayramlarda sinaqoqa gəlirlər. Azərbaycanda Dağ Yəhudi İcmasının sədr müavini Semyon Şalmeyevin məlumatına görə Bakıdakı dağ yəhudilərinin sinaqoqunda qadınlar üçün ibadət yeri olsa da onlar heç də hər gün ibadətə gəlmirlər. Çünki qadınlar daha çox ev işləriylə məşğuldurlar. Bakıdakı dağ yəhudilərinin sinaqoqundan söz düşmüşkən Semyon Şalmeyev deyir ki, sinaqoq sökülə bilər. Çünki həmin ərazidə park salındığından sinaqoqun yerini
dəyişəcəklər: “Biz istəyirik ki, sinaqoqun yeni yeri yaxınlıqda olsun, çünki yaşlı yəhudilər gedib-gələ bilsinlər. İndi biz sinaqoqun yeni yerinin proyektini hazırlayırıq. Bakı Şəhər İcra Hakimiyyətinə təqdim edəcəyik. Ümid edirik ki, köhnə sinaqoq sökülməmiş yenisi tikiləcək ki, narahatlıq olmasın”.
“Qırmızı Qəsəbə”də isə bir çox sinaqoqun təmirə ehtiyacı var. Boris Semanduyevin sözlərinə görə, qəsəbə camaatı təmir üçün dövlətə heç vaxt üz tutmayıb: “Xaricdə yaşayan imkanlı biznes adamlarımız var ki, onlar bizə yardım edirlər. Mütəmadi olaraq problemlərimizi həll etmək üçün müxtəlif məbləğdə pul yollayırlar”. Boris Semanduyev deyir ki, hələlik bir sinaqoq tam təmir olunub. Hətta sinaqoqun nəzdində peşə məktəbi də var: “Gənclər könüllü olaraq gəlib yəhudi adətini, dinimizi öyrənirlər. Sinaqoqlardan birini isə aptek olaraq istifadə edirik. Orda Humanitar Tibb təşkilatı da fəaliyyət göstərir. Təşkilatdan qəsəbəyə gələn olanda onları burada yerləşdiririk ki, camaatı rahat müayinə edə bilsinlər”.
Qəsəbənin təmiz, asfaltlı küçələri ilə gəzərkən “Səadət evi” gözə dəyir. Bu binanın da fasadına qəsəbənin əksər evlərində olduğu kimi altıbucaqlı ulduz həkk olunub. Sakinlər deyir ki, “Səadət evi” bir vaxtlar sinaqoq olub. Bakı küçələrindən fərqli olaraq “Qırmızı Qəsəbə”də bir nəfər də dilənçi gözə dəymir. Halbuki dağ yəhudilərinin ən böyük problemləri işsizlikdir. Dilənçilərin olmamasına səbəb odur ki, iudaizm dininə görə, ehtiyacı olan kəs dilənməli deyil. Kasıblara sinaqoqlarda nəzir qutusu qoyulur. Qutuya yığılan pulu ehtiyacı olan kəslər götürür. Yardımın anonimliyi çox önəmlidir. Çünki iudaizmə görə, ehtiyacı olan birinin əlinə pul uzatmaq onu alçatmaq deməkdir. Bakıda dağ yəhudilərinin sinaqoqunda da bu adət gözlənilir.
“Qırmızı Qəsəbə”də çayxanalarda oturub nərd oynayan kişilər çoxdur. Onların arasında azərbaycanlılar da var. Azərbaycanlıların yaşadığı kəndləri qəsəbədən bir şey ayırır-Qudyal çay. Qəsəbədə barmaqla sayılacaq sayda olan müsəlmanlar məsciddə ibadət etmək üçün çayın o biri tayına keçməli olurlar. Çünki qəsəbədə məscid yoxdur.
Qəsəbədə kişi daha üstün rol oynayır. Nəsil kişi xətti ilə gedir, qadın yox: “Azərbaycanlılarda olduğu kimidir. Dağ yəhudilərinin digər yəhudilərlə fərqləri danışıqlarında, bir də adətlərində hiss olunur. Dağ yəhudilərinin dili fars dilinə bənzəyir. Toylarda qadınlar və kişilər bir yerdə şənlənir. Qəsəbədə əsas problem işsizlikdir: “Burda elə bir iş yeri yoxdur ki, camaat işləsin. Sovet dövründə sovxozlar olurdu. İndi də belə bir obyekt olsaydı kişilər də ailələrini qoyub iş dalınca Rusiyaya getməzdi Son bir ildə əhalinin sayı azalıb, buna da səbəb işsizlikdir”. “Qırmızı Qəsəbə”də adamda maraq oyadan adətlər var. Qəsəbədə bir nəfər də qız uşağı gözə dəymir.
Yalnız arada-bir mağazaya gedən qadınları küçədə görmək olur. Qəsəbədə qızların küçəyə çıxması adətdə yoxdur. Burada qızlar ali təhsil də almırlar. Oğlanlar da məktəbdə oxuyarkən, ya da toylarda görüb bəyəndiyi qızla ailə qurur: “Qızlar 16-18 yaşlarında ərə gedir, oğlanlarsa 24-25 yaşlarında ailə qurur. Çox vaxt böyüklər qız bəyənib oğlana göstərirlər. .
Oğlan da bəyənsə evlənir”. Azərbaycanda ümumiyyətlə, Bakıda yaşayan dağ yəhudilərində də bu adət qorunur: “Amma burda qızlar ali təhsil alırlar. Burda da oğlan bir qızı bəyəndisə mütləq böyüklərin razılığını alır”
“Qırmızı Qəsəbə”də doğulub böyüyənlər, İsraili bir dəfə də görməyən sakinlərdən soruşanda ki, övladlarına İsraili necə tanıdırlar, deyirlər ki, yalnız video kasetlərlə. Amma onlar heç də üzülmürlər. İsraildən çox-çox uzaq olan bu qəsəbədə məskən salan dağ yəhudiləri üçün bura da Vətəndir.



BUDUQLULAR

Qədim tarixə məskənlərin bolluğu ilə seçilən Qubanın topanimakasına nəzər salsaq burada neçə-neçə yüzillər bundan əvvəl xatırlanan yeradlarının bolluqunu görərik. Buduq belə məskənlərdən biridir.Qubanin 64 km cənubi-qərbində, Qaraçayın sol sahillində 2 km aralı, Böyük-Qafqazın yan siisiləsinin yamacında yerləşən Buduq kəndi buduqluların yaşayiş məskəni olmuş və indi də əsas yaşayiş yerləri olaraq qalmaqdadı.Buduq yastanında Gülxana(Güləxana)karst maqarasının və eləcə də Qaraçayın sağ sahilində Əmbərə dağında insan əli ilə yonulmuş Qaşa mağarasının olması həmin ərazidə ibtidayi insanların yaşadığindan soraq verir. Meşəsiz dağll yamacda yerləşən Buduqun stareşi əhəmiyəti də böyükdür. Buduq kəndində buduq dilində danışan, buduqlular yaşayır. Buduq etnik qrupu, tarixi və etnoqrafik tərəfdən çox az araşdırılıb. Buduqluların mədəniyyətləri də dilləri kimi qrızlıların mədəniyyətnə çox yaxındır. Əldə olan məlumata görə, Buduq kəndinin əsası Qafqaz Albaniyası dövründə qoyulmuşdur. Əhalinin Sasani qoşunlarının qəfil basqınlarından qorunması üçün, kənd çətin keçilən yerdə salınmışdır. (276-ci ildən 651-ci ilə qədər şimali Azərbaycanın bir hissəsi İran dövləti olan Sasanilər tərəfindən işğal olunmuşdur).
Buduqlular kənd yolların keçilməsinin yalnız yay mövsümündə mümkün olduğu, tam ayrı bir ərazidə məskən salıblar. Buduqlular həmin ərazilərin ilkin sakinləridir. Kəndin yaxınlığında yerləşən Küləxana və Əmbərə dağında olan mağaralar, burada qədim sakinlərin mövcud olmasından xəbər verir. “Buduq” sözü qədim türk dillərində “dəliqanlı, hirsli” mənasını verir. “Buduq” oykonimi buduqlulara qonşu xalqlar, etnik qruplar tərəfində verilmiş addır. Buduqlular isə özlərini “budad” adlandırırlar.
Buduqlulara dair əldə olunan ilk tarixi məlumat Xlll əsrin sonu XlV əsrin əvvəllərində yaşamış, Fəzlullah Rəşidəddinin “Came ət – təvarix” (Tarixlərin toplusu) əsərində verilmişdir. Müəllif öz əsərində qeyd edir ki, bu qəbilə Tumbine xanın 5-ci oğlu Bat – Kulkinin nəslindən şaxələnmişdir. Çingiz xanın dövründə onların başçısı Uriday idi. Çingiz xan Tayciut qəbiləsi ilə vuruşduğu vaxt, budatlar Çingiz xanla müttəfiq idilər və onun qoşununa birləşmişdilər. Budatlardan çoxlu əmirlər olmubmuş lakin hal–hazırda adları məlum deyil.
Buduqlularla bağlı ilk rəsmi sənəd isə 1607 – ci ildə Səfəvi hökmdarı l Şah Abbas tərəfindən verilmiş fərmandır. Buduq və buduqlular barədə XVlll və XlX əsrin əvvəllərində verilmiş Quba xanlarının – Həsənəli xanın, Fətəli xanın, Şeyxəli xanın fərmanları xüsusi əhəmiyyət kəsb edir.
A. A. Bakıxanovun “Gülüstani–İrəm” əsərində Buduğa və buduqlulara müəyyən yer verilmişdir. XVlll əsrdə Buduq eyni adlı mahalın mərkəzi olmuşdur.
Buduqlular tarixən nəsillərə böyük və ya kiçik ailə birliklərinə bölünmüşlər və indi də həmin nəsillərin adı ilə tanınırlar. Kəndin qəbirstanlığında hər bir nəslin öz yeri olmuşdur. XX əsrin əvvəllərinə kimi Buduqun əhaliis 2500-3000 nəfər təşkil edirdi. Hal-hazırda kənddə 200-300nəfər əhali var. Sosial-iqtisadi şəraitlə əlaqədar olaraq sakinlərin çox hissəsi kəndi tərk etmişlər.
Əhalisi
Kəndin əhalisinin etnik tərkibini "Şahdağ milli etnik qrupu" kimi fərqləndirilən buduqlular təşkil edir. Buduqlular Azərbaycanın milli etnik nümayəndələridir. buduqluların ana dili buduq dilidir. Buduqlular digər dağ əhallisi kimi, oturaq həyat tərzi keçirmişlər. Onların əsas yaşayış məskənləri Buduq kəndi olmuşdur. Buduqun əhalisi payız gələndə öz sürüllərini orta zolağa ,qışda isə daha düzən yerlərə qışlaqlara aparır, yaya kimi orada xüsusi hazırlanmış yerlərdə qalırdılar. Qışlaqlara adətən heyvanların saxlanması üçün yerlər-tövlələr, mağaralar olurdu.
Təhsili
Kənddə orta məktəb fəaliyyət göstərir.
İqtisadiyyatı
Buduqun təsərüfatının əsasını tarixən maldarlıq və qoyunçuluq təşkil etmişdir. Kəndin coğrafi mövqeyi, təbii şəraiti, geniş otlaq sahələririnə malik olması, əhalinin təsərüfatının bu sahəsi ilə məşğul olmasına imkan yaratmışdır. Buduqlular qışlaq ve yaylaq şəraitində istifadə etməklə əsas diqqətlərini heyvandarlıqın inkişafına vermişlər. Əkinçlik buduqluların təsərüfatında ikinci dərəcəli mövqe tutur. Buduq mahalının təbii şəraiti əkinciliyin inkişafına imkan yaratdığından bu sahəyə az fikir verilib. Buduq evləri tarixən 2 otaqlı evlərdən ibarət olmuş və alt mərtəbədən adətən heyvan saxlanması üçün istifadə olunmuşdur. Otaqlardan biri qonaq otağı hesab edilirdi. Bununla belə Buduq evləri xarici baxımdan gözəgəlimi olmamışdır. Dağ əhalisi eləcədə buduqlular, var-dövləti gözəl tikillilərdə deyil, xalça, gəbə, palaz, yəhər, xurçun, corab, şal və s toxuyur vəbunların müyyən qismin satış üçün hazırlayırdılar.
Buduqlular İslamın süni təriqətinə mənsubdular. Kənddə məscid və mədrəsə mövcuddur. Buduq kəndində buduq dilində danışan, buduqlular yaşayır. Buduq etnik qrupu, tarixi və etnoqrafik tərəfdən çox az araşdırılıb. Buduqluların mədəniyyətləri də dilləri kimi qrızlıların mədəniyyətnə çox yaxındır. Əldə olan məlumata görə, Buduq kəndinin əsası Qafqaz Albaniyası dövründə qoyulmuşdur. Əhalinin Sasani qoşunlarının qəfil basqınlarından qorunması üçün, kənd çətin keçilən yerdə salınmışdır. (276-ci ildən 651-ci ilə qədər şimali Azərbaycanın bir hissəsi İran dövləti olan Sasanilər tərəfindən işğal olunmuşdur).
Buduqlular kənd yolların keçilməsinin yalnız yay mövsümündə mümkün olduğu, tam ayrı bir ərazidə məskən salıblar. Buduqlular həmin ərazilərin ilkin sakinləridir. Kəndin yaxınlığında yerləşən Küləxana və Əmbərə dağında olan mağaralar, burada qədim sakinlərin mövcud olmasından xəbər verir.
“Buduq” sözü qədim türk dillərində “dəliqanlı, hirsli” mənasını verir. “Buduq” oykonimi buduqlulara qonşu xalqlar, etnik qruplar tərəfində verilmiş addır. Buduqlular isə özlərini “budad” adlandırırlar. Buduqlulara dair əldə olunan ilk tarixi məlumat Xlll əsrin sonu XlV əsrin əvvəllərində yaşamış, Fəzlullah Rəşidəddinin “came ət – təvarix” (tarixlərin toplusu) əsərində verilmişdir. Müəllif öz əsərində qeyd edir ki, bu qəbilə Tumbine xanın 5- ci oğlu Bat – Kulkinin nəslindən şaxələnmişdir. Çingiz xanın dövründə onların başçısı Uriday idi. Çingiz xan Tayciut qəbiləsi ilə vuruşduğu vaxt, budatlar Çingiz xanla müttəfiq idilər və onun qoşununa birləşmişdilər. Budatlardan çoxlu əmirlər olmubmuş lakin hal – hazırda adları məlum deyil.
Buduqlularla bağlı ilk rəsmi sənəd isə 1607 – ci ildə Səfəvi hökmdarı l Şah Abbas tərəfindən verilmiş fərmandır. Buduq və buduqlular barədə XVlll və XlX əsrin əvvəllərində verilmiş Quba xanlarının – Həsənəli xanın, Fətəli xanın, Şeyxəli xanın fərmanları xüsusi əhəmiyyət kəsb edir.
A. A. Bakıxanovun “Gülüstani–İrəm” əsərində Buduğa və buduqlulara müəyyən yer verilmişdir. XVlll əsrdə Buduq eyni adlı mahalın mərkəzi olmuşdur.
Buduqlular tarixən nəsillərə böyük və ya kiçik ailə birliklərinə bölünmüşlər və indi də həmin nəsillərin adı ilə tanınırlar. Kəndin qəbirstanlığında hər bir nəslin öz yeri olmuşdur. XX əsrin əvvəllərinə kimi Buduqun əhaliis 2500-3000 nəfər təşkil edirdi. Hal-hazırda kənddə 200-300nəfər əhali var. Sosial-iqtisadi şəraitlə əlaqədar olaraq sakinlərin çox hissəsi kəndi tərk etmişlər.

NƏ GÖRMƏK OLAR

Buduq kəndi Qara-çayın sağ sahilində, 300 m hündürlükdə kiçik bir dağ yaylasında yerləşir. Kəndin yerləşdiyi vəziyyət strateji cəhətdən böyük üstünlüklərə malikdir. Evlər sıra ilə yaylanın yuxarı hissəsində yerləşir. Kənddən təxminən 2-3km yuxarı, alp çəmənliklərində Qazma Buduq kənd sakinlərinin evləri var. Buduq kəndi, təxminən 200 sakini olan 35 evdən ibarətdir. Yastı sahələr az olduğundan evlər çox sıx yerləşdirilib. Evlər qədim, yonulumuş daşdan, divarlara taxtadan arakəsmələr salınıb, bu da evləri zəlzələyə dözümlü edir. Əhali az danışan lakin qonaqpərvərdirlər. Buduq sakinləri toy, dəfn və digər ailə təntənələrində öz etnik adət - ənənlərinə sadiq qalırlar. Evlərin içərisi əjdadlarının toxuduqları xalça və palazlarla örtülüb. İndiki dövrdə peşələrin bir çoxu unudulub. Çətin vaxtlarda kənd sakinlərinin çoxu qədim mis qabları və digər qədim əşyaları satmışdılar.
Böyük təntənələr zamanı açıq havada güləşmə və digər milli oyunlar təşkil olunur. Kənddə yalnız iki bulaq var ki, sakinlər mis səhənglər və gil qablarla bunlardan evlərə su daşıyırlar. Buduqlular çox təvazökarlıqla əkinçilik və bostançılıqla məşğul olurlar. Maldarlıq çox inkişaf edib. Yayın ortalarında sakinlər heyvanlar üçün yem tədarükü üçün otlaqlara gedirlər.
Kənddə 9 illik təhsilli məktəb və kənd bələdiyyəsi fəaliyyət göstərir. Kənddə yeməkxana və digər içtimai binalar yoxdur. Lakin yerli sakinlərin bişirdikləri yerli mətbəxtdən dadmaq yernə düşər.
Buduq kəndindən yuxarıda yerləşən Qazmalardan qədim zamanlarda Buduqa saxsı süd boruları mövcud olmuşdur. Yerli əhalinin dediyinə görə XX əsrin əvvəllərinə qədər həmin borular vasitəsilə kəndə süd ötürülürdü. Həmin dövrlərdə Qazmalarda əsasən buduqluların fermaları yerləşirdi. Saxsı borularla gələn süddən sakinlər süd məhsulları düzəldirdilər.
Buduqdan 10 km aralı, Qaraçay dərəsinin əlçatmaz sıldırım qayalıqlarında qədim “Yeddilər” qalasının qalıqları var. Həmin Qaraçay kanyonunda, əlçatmaz qayalıqlarda yerləşən mağarada əhali öz mal-qarasını qəfil hücumlar və basqınlar vaxtı gizlədirmişlər. Qaraçay dərəsinin kanyon başlandığı yerdə, sıldırımlı qayalıqda mağaranın içində “Pir Bənövşə” adlanan müqəddəs bir yer var.
Bu mağarada böyük bir stalaktit var, içində sanki nəhəng bir balıq qulağı salınıb. Buduq kəndinin yaxınlığında, Qaraçayın əks istiqamətində, böyk bir sıldırım qaya üzərində qədim qala və zərdüştlərin dəfn üçün nəzərdə tutduqları məbədi var. Bu qalanı “Daxma” və ya “Sükut qalası” adlandırırlar.
Bu qala tikilişi görünüşdən “8” rəqəmini xatırladır. Kəndin yaxınlığında gözəl bir şəlalə var, yerli adamlar bu şəlaləni “Axçid” yəni, buduq dilindən tərcümədə “hündürdən tökülən su” adlandırırlar.
Buduqdan müqəddəs “Çərəkə” dağına (2100 m.d.s.y), Qazma Buduq kəndi yaxınlığında mağara daxili pirə, müqəddəs sayılan “Pir Bənövşə” və mağaralar da daxil olmaqla Qaraçay dərsinə və s. maraqlı yerlərə getmək olar.
Turistlər həmçinin sıldırım qayalıqda yerləşən “Daxma” (“Sükut qalası”) qalasına da qalxa bilərlər


Qrız

"Qrız" sözü haqqında əsası olmayan rəvayətlər söyləyənlər olmuşdur. Belə ki, Qrız-Qrıts sözü qırmaq feli ilə təsadüfən fonetik səsləşir və ona görə də, bu rəvayətlər uydurmadır. "Tök" (tökmək), "var", "gəldi", "gələcək", "gəlir" fellərinin Qrız dilində təsnifatını və s. verdikdə "Q" elementinə, daha doğrusu söz önlüyünə rast gəlinir. Həmin "Q" elementi yüksəklik, ucalıq, hündürlük, açıqlıq göstərir. "rıts" isə hamar, cila mənasını verir. Cilalanmış daş-ritsə xud, cilalanmış taxta-ritsə təxtə yer bildirir. Kəndin mövqeyinə görə belə adlanır. "Qrız" adlı xalça
Qrızların tarixi demək olar ki, oyrənilməyib.
Qədim yunan alimi Strabon özünün 17 cildlik "Coğrafiya" əsərində qeyd edir ki, Qafqaz Albaniyasında 26 alban tayfası yaşayır və həmin tayfaların hərəsi öz dilində danışır. Qrızlar həmin 26 alban tayfasından biridir və o zamandan öz dilində danışırlar. Q.A.Qeybullayev "Azərbaycan Toponomiyası" əsərində Hər (Qafqaz Albaniyasında tayfa) tayfasının Qrızların əcdadı olduğunu bildirmişdi. Müəllifin yazdığına görə Hər tayfası Qafqaz Albaniyasının şimal-şərqində yayılmışdır və Qrızlar indi yaşadığı torpaqlara sonradan köçmüşlər. Yazılı mənbələrdə Qrız toponiminə ilk dəfə X əsrdə rast gəlinir.
Kəndin ərazisində bir qədim dağılmış məscid var. Deyilənlərə görə bu məscid Abbasi Xilafətinin banisi Abbasın məşhur sərkərdəsi Əbu Müslim Əl Xorasani tərəfindən təxminən VIII əsrdə inşa edilib. Məscid Əbu Müslimin adını daşıyır. Eyniadlı məsciddən yaxınlıqdakı Xınalıq və Cek[1] kəndlərində də var. Qrız kəndi
T.Mustafazədənin "Quba Xanlığı" əsərində Qrız haqqında bir sıra maraqlı qeydlərə rast gəlmək olar:
"Şeyxəli xan Buduqda dayanmayaraq Qrız kəndindən Axtıya getmişdi."
"Bulqakova xəbər çatmışdı ki, öz ailəsini Qrız kəndində yerləşdirən Şeyxəli xan hər gecə Çərəkə adlı kiçik çayın kənarına eyni adlı kəndə gəlir və burada öz sadiq adamları ilə məsləhətləşmələr aparır."
"Bulqakov Xınalıq və Qrız kəndlərinə qasid göndərərək sakinlərdən xanın ailəsini tutub verməyi tələb etsə də heç bir nəticəyə nail olmamış və kəndləri cəzalandıraraq, 8 əmanət, 150 iri buynuzlu mal-qara və 100 qoyun almışdı."
"Şeyxəli Xan Qrız kəndini özünə iqamətgah seçərək buradan xanlığı idarə etməyə başladı. A.A.Bakıxanova görə, Şeyxəli xan Qrız kəndinin yaxınığında yeni şəhər salmağa və kəndi genişləndirməyə başladı. Görünür ki, yeni yaradılacaq şəhər istehkam xarakteri daşımalı idi"
"Lisaneviç 21 oktyabr 1810-cu il tarixli raportunda yazırdı ki, Qrız və Yuxarıbaş mahalları üsyançılardan təmizlənib, əyalətdə sakitlik bərpa olunub, Şeyxəli xan isə öz tərəfdarları ilə Tabasarana qaçmış, hal-hazırda Yerfi kəndindədir."
1870-ci illərin ortalarından qrızların müəyyən hissəsi Müşkür mahalına köçür. Lakin qrızlar həmişə 3 yay ayı müddətində malik olduğu mal-qara ilə birlikdə dağlardakı yaylaqlara köçür. Müşkür mahalındakı Qrız obalarının sayı 58 çatırdı və onlar da dağ icmasının tərkibinə daxil olurlar. Qrız II Dünya müharibəsində
1941-ci ildə kənddə kişi cinsinə mənsub bütün gənc, qoca və hətta yeniyetmələr[2] müharibəyə göndərilir. Onların çox hissəsi bir daha Qrıza qayıtmır. Bundan bir müddət sonra Qrız səmasında Bakını bombardman etməyə uçan alman təyyarələri görünür. Əhalinin dediyinə görə, Mozdok ətrafında gedən döyüşlərdəki topların səsi Qrıza kimi gəlib çatırdı. Müharibə vaxtı Qrızda Qırmızı ordunun hissələri də yerləşdirilir. Daima təşviş içində yaşayan qadınlar, uşaqlar və qocalar sonunda Qrızdan köçməyə məcbur olmuşlar. Onlar Quba rayonunun digər kəndlərinə və əsasən də Xaçmaz şəhərinə və onu əhatə edən 24 kəndə köçmüşlər. Əhalinin böyük hissəsi kənddən köçdükdən sonra kənddə qalan əhali orda mövcud olmuş qədim evləri dağıtmış və onların yerində indi mövcud olan evləri tikmişdir. Qrız dili
"Qrız" xovlu xalça, XVIII əsr
Qrız dili Ləzgi dillər qrupunun Şahdağ yarımqrupuna aiddir. Qrız dilinə ən yaxın dil Buduq dilidir. Həmçinin Qrız dilinə yaxın dillərdə Qrız-Dəhnə, Cek, Əlik, Haput və Yergüc kəndlərində də danışılır. Bu kəndlərdə danışılan Qrız dilinin ləhcələri o qədər fərqlənir ki, bəzi alimlərin fikrincə onları ayrı bir dil kimi götürmək olar. Ən son araşdırma zamanı Grimes (2000-ci ildə) bu dilləri Qrız dilinin dialektləri kimi qeyd etmişdir. Qrız, Cek, Haput, Əlik, Buduq, Yergüc dillərinin leksikası, morfologiyası, sintaksisi, xüsusən sonsuzluğa qədər əşyaların cinsini bildirmək üçün meyar olan say sistemi, qohumluq bildirən sözlər demək olar ki, eynidi. Gənc fransız tədqiqatçılarından biri Jil Otye Fransanın Şərq Dilləri və Sivilizasiyaları İnstitutunda "Qrız dilinin şərhi. Azərbaycanın şimal-şərqində Qafqaz dillərinin tədqiqi" mövzusunda kurs işi müdafiə etmişdi. O Azərbaycana gələrək, Qrız dilini öyrənmişdi. Qrız dili haqqında 1972-ci ildə Ş.Sədiyevin doktorluq dissertasiyası, 1964-ci ildə V.Xıdırovun namizədlik dissertasiyası dərc edilmişdi. Qrız dilində danışanların ümümi sayı 10 000 - 15 000 arasında dəyişir.
Əhalisi
Rizvan bulağı adlanan yerdən Qrız dağının görünüşü
Qrız kəndində hazırda 30-40 ev var. Kəndin əhalisi 368 nəfərdir. Yerli əhalinin bildirdiyinə görə vaxtilə burda 777 ev (bu evlər daş birmərtəbəli evlər olub, tavanı hamar və torpaqla örtülü olurdu) olub və orada 8000-ə yaxın əhali yaşayıb. Lakin onlar bir sıra amillərin təsiri altında miqrasiya etmişlər. Ə.Qubatov "Azərbaycan xalqı ilə vahid qardaşlıq ailəsində" əsərində yazır: "19-cu əsrin sonlarına aid mənbə istisna olmaqla, Haputdan 57 oba, Qrızdan 37 oba, Buduqdan 12 oba və s. yarandığı qeyd edilmişdi". Qrızların indinin özündə məskun olduğu obalar:
Hacı qazma; Hacıəhməd oba; Əhməd oba; Hacı-Qurban oba; Mançar oba; Şərif oba; Uzun oba; Məçid oba; Yataq oba; Tikanlı oba; Nağı oba; Hacıəbdürrəhim oba; Sibir oba; Palçıq oba; Çinar tala; Molla oba; Ağaşirin oba; Pirqulu oba; Hacıməmməd oba; Ağaverdi oba; İdris oba; Fərzəli oba; Nəcəf oba; Şümağır; Digah oba. Son illər isə Qrız kəndinin əhalisi əsasən Qırız-Dəhnə kəndinə miqrasiya etmişlər. Yuxarıda qeyd etdiklərimizdən başqa Qrızlar Bakı və Sumqayıt şəhərlərində, həmçinin Abşeron, İsmayıllı və Qəbələ rayonlarının bir necə kəndində yaşayır. Qrızlar İslam dinin Sünni təriqətinə aiddilər.
Əhali əsasən heyvandarlıqla və dəmyə əkinçiliyi ilə məşğul olur.Xalça və palaz toxunması kimi sənətlər inkişaf etmişdi.
Bundan başqa Qrızda vaxtilə yəhudilər də yaşamışlar, onları bura Fətəli xan köçürmüşdu. Bu gün də kənddə yəhudi qəbirstanlığı mövcuddur.
Coğrafiyası
Qrız kəndi Qudyal çayının sol sahilində (şimal tərəfində) dəniz səviyyəsindən 2171,4 m yüksəklikdə üzü cənuba baxır. Kəndin ətrafında bir necə bulaq, şəlalə, mağara və çay var. Kəndin yaxınlığında Bab bəy - Bab ata (Pir Qirim Şam baba) və Pir Cəlal Türbəsi kimi müqəddəs yerlər var. Qrız kəndi Azərbaycan ərazisində ən çox qar düşən yaşayış məntəqələrindəndir.Bundan başqa kənddə o qədər də yaxşı vəziyyətdə olmayan məktəb, bələdiyyə binası və yeni məscid var.
Kəndə gedən yol yoxdur. Digər dağ kəndlərinə (Qırız-Dəhnə, Əlik, Cek, Haput) nisbətən Qrıza getmək daha çətindi. Hazırda Quba-Xınalıq yolundan Qrız kəndinə körpü çəkiləcəyi haqqda söz-söhbət gəzir. Bu körpü çəkiləcəyi halda Qrız kəndinə yolu 2 dəfəyə qədər azaldacaq. Görkəmli Qrızlar
İbrahim Qrızi - Hələlik bizə məlum olduğuna görə Qrız-Xınalıq bölgəsindən çıxmış ilk görkəmli alimdir. filologiya elmləri doktoru Nazif Qəhrəmanlı "Quba abidələri" məqaləsində onun adını çəkəndən (Qobustan, 1984, № 1) bir müddət sonra axtarışları davam etdirib "İbrahim Qrızi haqqında nə bilirik?" məqaləsində (Azərbaycan, 1999, 17 avqust) və "Azərbaycan kitabının inkişaf yolu (Qədim dövrdən XIX əsrin sonuna qədər)" kitabında (Azərbaycan Ensiklopediyası NPB, 2000, s. 113-116) ilk məlumat vermişdir."İbrahim Qrızi haqqında nə bilirik?" məqaləsində (Azərbaycan, 1999, 17 avqust) qeyd olunur ki, İbrahim Qrızi şeyx titulu daşımışdır.Qədim Şərqdə yalnız Nizami Gəncəvi kimi ustadlar şeyx titulunu daşımışlar, bu da İbrahim Qrızinin böyüklüyünə dəlalət edən bir amildir.Təəsüf ki, alimin əsərləri günümüzə qədər gəlib çatmamışdır.
Süleyman bəy - Qrızdan çıxmış yeganə bəy. O, irsi bəy olmamış, bəy titulunu rus ordusunda 25 illik xidmətinə görə almışdır. Süleyman bəyin oğlu Sankt-Peterburqda ali hərbi təhsil almışdır. Süleyman bəyin hərbi rütbəsi dəqiq bilinmir. (Bəzi məlumatlara görə general olmuşdur). Rəşidov Şahmurad Vəlimuradov - 1920-ci il təvəllüdlü. Dil-ədəbiyyat müəllimi. "Qrız və qrızlılar" kitabının müəllifi.
Mədinov Ramazan Abdulla oğlu - Ali dərəcəli həkim. "Tərəqqi medalı" laureatı.
Süleymanov Şıxbala Şərif oğlu (Şıxbala Qrızlı) - 19.03.1936-ci ildə Xaçmaz rayonunun Hacıəbdürrəhim oba kəndində ziyalı ailəsində anadan olmuşdur.1962-ci ildən bu günə kimi Hacıəbdürrəhim oba kənd ibtidai məktəbində direktor vəzifəsində çalışır."Ekoloji tərbiyə" və "Dilimiz və tariximiz" rublikası altında 7 məqaləsi yerli və mərkəzi qəzetlərdə dərc edilmişdir.Məqalələrinin əksəriyyəti qrız etnosuna həsr edilmişdir."Qrızlar və qrız dili" kitabı müəllifin ilk nəşridir.

QRIZ-DƏHNƏ KƏNDİ

Buduq kəndində buduq dilində danışan, buduqlular yaşayır. Buduq etnik qrupu, tarixi və etnoqrafik tərəfdən çox az araşdırılıb. Buduqluların mədəniyyətləri də dilləri kimi qrızlıların mədəniyyətnə çox yaxındır. Əldə olan məlumata görə, Buduq kəndinin əsası Qafqaz Albaniyası dövründə qoyulmuşdur. Əhalinin Sasani qoşunlarının qəfil basqınlarından qorunması üçün, kənd çətin keçilən yerdə salınmışdır. (276-ci ildən 651-ci ilə qədər şimali Azərbaycanın bir hissəsi İran dövləti olan Sasanilər tərəfindən işğal olunmuşdur).
Kənddə “Şahdağ” etnik qrupuna aid olan qrızlılar yaşayır. “Şahdağ” etnik qrupuna aid olan dillər Qafqaz dillərinə daxildir. Bu dillərdən qrız və buduq dilləri bir-birilərinə oxşarlıq təşkil edərək, ləzgi dilinə yaxındır. Qrızlıların tarixinə gəldıkdə isə, demək olar ki, öyrənilməyib. Bu yaxınlarda gənc fransız tədqiqatçısı Jil Otye Fransanın şərq dilləri və sivilizasiya institunda “ Qrız dilinin şərhi. Azərbaycanın şimal-şərqində Qafqaz dillərinin tədqiqi” mövzusunda doktorluq işini müdafiə etmişdir. Alim öz araşdırmasında heç bir əlifbaya və qrammatikaya malik olmayan bu dildə, yalnız yüksək dağlıqda yaşayan bir neçə yüz adamın qeyd edir.
Bununla da alim hesab edir ki, qrız dili nə azərbaycanlıların danışdıqları azəri türkcəsinə, nə də hind-avropa dil qrupuna aid olan Qafqazda yaşayan tatların, osetin və talışların danışdıqları dillərlə heç bir əlaqəsi yoxdur. Mövcud fakt bu dilin və həmin dilin daşıyıcıları sayılan qrızlıların qədimliyindən söhbət açır. Qrızlıların əsas məşğuliyyəti maldarlıqdır.

NƏ GÖRMƏK OLAR

Qrız-Dəhnə kəndi meşəliklə əhatə olunmuş maili yamacda, gözəl mənzərəsi olan bir yerdə yerləşir. Kənd kiçik bir ərazidən ibarət olmaqla, əhalisi təqribən 110-120 nəfər, 28 evdən ibarətdir. 200 il bundan əvvəl kənd indikindən 3 dəfə çox ərazini əhatə edirdi. Lakin tədricən kənd boşalmış və indiki vəziyyətə düşmüşdür. Əhalinin çox hissəsi kənd ətrafına və Quba şəhərinə köçmüşlər. Qədim Qrız kəndinin qalıqları, muasir kənddən 6 km aralıda meşəlikdə, iri qayalıqların ətəyində saxlalnılıb. Kənddə əhali çox azdır. Sakinlər qrız dilini xatırlasa da, əsasən azərbaycan dilində danışırlar. Köhnə adət - ənənələr qismən də olsa saxlanılıb. Kəndin ümumi görünüşü, dərin Qudiyal-çay dərəsi və ətrafdan alp çəmənlikləri də daxil olmaqla çox mənzərəlidir.
Kəndin yaxınlığında gözəl bir şəlalə var. Kəndin ətrafında xeyli bulaqlar var. Bunlardan kənddən 5 km aralıda yerləşən Xın bulağı xüsusi gözəlliyi ilə seçilir. Atları kirayə etməklə (kirayə veriləcək atların ümumi sayı 3 –dür) meşəyə və oradan da alp çəmənliklərinə at gəzintiləri təşkil etmək olar. İyulun axırları – avqustun əvvəlləri moruq, sentyabr ayında isə göbələk yığımı ilə məşğul olmaq olar.

Ceklilər

Dünya sivilizasiyasının ən qədim ocaqlarından biri sayılan öz müxtəlifliyi ilə maraqlı Qafqaz regionunda yerləşən polietnik dövlət olan Azərbaycan Respublikası etnik tərkibinin zənginliyinə görə dünyanın digər dövlətlərinin böyük əksəriyyətindən əhəmiyyətli dərəcədə fərqlənir. Respublikamızda irili-xırdalı onlarca xalqların, etnik qrupların nümayəndələri yaşayırlar. Onlardan biri də, {Azərbaycan Respublikasının şimal-şərq hissəsində, Böyük Qafqazın Şahdağ platosu boyunca məskən saldıqları üçün “Şahdağ qrupu” kimi fərqləndirilən, sayca azlıq təşkil edən, milli etnik qruplardan biri olan ceklilərdir. Ceklilərin məskəni Əsrlər boyu Quba-Xaçmaz bölgəsində məskunlaşan və Azərbaycanda aborigen xalqlardan sayılan, qədim alban tayfalarından biri olan ceklilərin tarixi məskənləri və mərkəzi iqamətgahları Quba rayonunun Cek kəndidir. Çox qədim tarixə malik yaşayış məskəni olan Cek kəndi Quba şəhərinin 35 kilometr cənub-qərbində, 41° 11' 49 şimal enində və 48° 14' 30 şərq uzunluğunda, dəniz səviyyəsindən 1643 metr yüksəklikdə, Qudyalçayın sahilində yerləşir. Kənd əhalisinin yaşayış sahəsi təqribən 7 kilometrlik radiusu əhatə edir. Şimaldan Qrız, cənubdan Əlik, şərqdən Yergüc, qərbdən isə Qalayxudat kəndləri ilə əhatə olunub. SSRİ dövründə Əlik, Haput, Qrız, Qrızdəhnə kəndləri ilə birlikdə Əlik kənd sovetliyinin tərkibində olan Cek kəndi hazırda Əlik və Haput kəndləri ilə birlikdə Əlik bələdiyyəsinin tərkibindədir. “Cek” toponimi “Cek” toponiminin etimologiyasını hələlik tam açıqlamaq mümkün olmasa da, uzun zamandır apardığım araşdırmalar nəticəsində belə qənaətə gəlmişəm ki, çox güman ki, “Cek” sözü cek dilindəki “ciqa” sözündən götürülüb və azərbaycan dilində “ərazi”, “məkan”, “torpaq”, “yer” deməkdir.
Azərbaycan diasporunun və türk lobbisinin tərkib hissəsi Cek kəndinin əhalisinin etnik tərkibini ceklilər təşkil edir. Bir sıra mənbələrdə “ceklər”, “ceqlər”, “ceglər”, “cegillər” kimi göstərilən ceklilər hal-hazırda Cek kəndindən başqa, Qubanın digər kəndlərində, Respublikamızın Bakı və Sumqayıt şəhərlərində, Abşeron, Xaçmaz, Qusar rayonlarında, ölkədən kənarda isə Rusiya Federasiyasında, Amerika Birləşmiş Ştatlarında, Avropa ölkələrində və digər məkanlarda məskunlaşmışlar. XIX əsrin 80-ci illərinə aid olan bir mənbədə ceklilərin sayı 1277 nəfər qeyd olunmuşdur. Ən son məlumata görə isə hazırda Cek kəndinin əhalisinin sayı 312 nəfərdir. Qeyd etməlidir ki, ölkədən xaricdə məskunlaşmış ceklilər Azərbaycan diasporunun və türk lobbisinin tərkib hissəsini təşkil edirlər.
Cekli dindarlar - “Əbu Müslim məscidi” Ceklilər müsəlmandırlar. Kənd ərazisində 25-dən çox ziyarətgah, o cümlədən Atəşpərəstliyin izlərini özündə əks etdirən “Atəşgah” və 1000 ildən də artıq yaşı olan “Əbu Müslim məscidi” yerləşir. Bu yerlərin İslam dininə möhkəm bağlılığından soraq verən “Əbu Müslim məscidi”nin inşa olunma dövrü çox guman ki, VIII əsrdə Şirvanı və Dağıstanı işğal edərək İslamı yayan xəlifə Validin qardaşı Əbu Müslimin hakimiyyəti illərinə və yaxud bir qədər ondan sonraya təsadüf edir. Qeyd edim ki, sovet hakimiyyəti illərində dağıdılaraq daşından məktəb binası, ağaclarından isə taxıl anbarı tikilən bu məscid müstəqilliyimizin bərpasının ilk illərində kənd ağsaqqallarından biri Şixəli Muradovun təşəbbüsü və kənd camaatın köməkliyi ilə qismən bərpa edilmişdir. Lakin maddi çətinliklər üzündən “Əbu Müslim məscidi”nin inşası hələ ki, lazımı səviyyədə tamamlanmamışdır. Belə ki, onun ətrafında geniş və ardıcıl surətdə elmi-arxeoloji və memarlıq tədqiqatları aparmaq çox vacibdir.
Cek dili Ceklilər 2 dildə — dialektlərə bölünməyən və yalnız ceklilərə məxsus olan vahid cek dilində və azərbaycan dilində danışırlar. Bu xüsusiyyətlərinə görə ceklilər dünyanın ən nadir etnik qruplarından biridir. Qafqaz dillərinin Dağıstan qrupuna aid edilən cek dili daha çox qrız, əlik, haput, buduq dillərinə və qismən də ləzgi dilinə yaxındır. Qeyd edim ki, azərbaycan dilində olan bəzi sözlər cek dilində də eyni məna kəsb edir.
Müasir ceklilər Müasir ceklilər özlərini “azərbaycanlı” kimi qeyd etdirirlər və azərbaycanlıların tərkib hissəsi hesab edirlər. Onlar digər xalqlarla, xüsusi ilə də Azərbaycanda yaşayan milli etnik qruplarla, daha çox isə “Şahdağ qrupu” xalqları olan buduqlar, əliklər, haputlar, xınalıqlar, qrızlar, yergüclər, həmçinin qalayxudatlılar ilə qaynayıb-qarışmışlar və çox geniş qohumluq əlaqələrinə malikdirlər. Onlar respublikamızın ictimai-siyasi, iqtisadi və mədəni həyatının bütün sahələrində, mümkün olduğu qədər yaxından iştirak edirlər. Hazırda ceklilər arasında çoxlu sayda ali təhsilli mütəxəssislər vardır. Ceklilərin əksəriyyəti isə, xüsusi ilə Quba-Xaçmaz bölgəsində yaşayanlar kənd təsərrüfatı ilə məşğul olurlar.
Azərbaycan Cekli İcması İctimai Birliyi İndiyə kimi nə Sovet İttifaqı dövründə, nə də Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra ceklilərin hər hansı bir ictimai birliyi və yaxud təşkilatı olmamışdır. Yalnız 31 Mart 2006-cı il tarixində bir qrup cekli tərəfindən Sumqayıt şəhərində “Azərbaycan Cekli İcması” İctimai Birliyi (ACİİB) təsis edilmişdir. Əlhəddin Ceklinin rəhbərlik etdiyi bu təşkilatın əsas məqsədi ceklilərin sayını dəqiqləşdirmək, bu unikal etnosun getdikcə yaddan çıxan tarixini, mədəniyyətini, dilini, adət və ənənələrini bərpa və təbliğ edərək qorunub saxlanmasını təmin etməkdir. ACİİB-in əsas şüarı belədir: “Biz CAN deyirik! Yəni, Ceklilər Azərbaycan Naminə!”. Təşkilat hələ ki, rəsmi qeydiyyatdan keçməsə də, öz daxili imkanları hesabına fəaliyyətini davam etdirir.
Adət-ənənə - “Cek” xalçaları Ceklilərin adət və ənənələri daha çox oğuz türklərinin adət-ənənələri ilə yaxındır. Tarixən köçmə həyat tərzi keçirən ceklilərin əsas məşğuliyyəti heyvandarlıq, əkinçilik və toxuculuq olmuşdur. Kişilər əsasən qoyunçuluqla, qadınlar yundan müxtəlif məmulatlar - xalça, palaz, kilim, corab, şal toxumaqla məşğul olurdular. Cek kəndi Quba xalçalarının ən parlaq kompozisiyalarından biri olan “Cek” xalçalarının mərkəzləşmiş məntəqəsi hesab olunur. Qeyd edim ki, “Cek” xalçaları Azərbaycan xalçalarının Quba-Şirvan tipinin Quba qrupunun dağlıq hissəsinə aid edilir. Lakin ötən əsrdə ceklilərin kütləvi halda kəndi tərk edərək aran ərazilərə axışması onların məşğuliyyətinin də xeyli dəyişməsinə səbəb olmuşdur. Cek kəndində məskunlaşmış ceklilərin müasir nümayəndələrinin çox böyük əksəriyyəti hazırda yalnız heyvandarlıqla məşğul olur. Lakin vaxtilə əkin yerləri olmuş dağ yamaclarından ibarət olan bu ərazilər uzun illər mal-heyvan və qoyun-quzuların bir sahədə otarılması nəticəsində orta və şiddətli dərəcədə sel və külək eroziyasına məruz qalmışdır. Uzun illər əkilmədiyi üçün hazırda buralarda heyvandarlığı inkişaf etdirmək çox çətinləşmişdir. Yaylaqların otvermə qabiliyyəti ilbəil azalmışdır. Kəndin əlverişli coğrafi mövqeyi, xüsusi ilə də son illər Azərbaycanın iqtisadi inkişafının sürətlə artması bu regionda turizmin inkişafına doğru ilk addımların atılmasına da səbəb olmuşdur. Bu amil ceklilərdə də turizm sektoruna çox böyük maraq yaratmışdır. Ancaq regionlarda turizmi inkişaf etdirməkdən ötrü ilk növbədə yollar müasir tələblər səviyyəsinə çatdırılmalıdır. Yaxşı yol turizmin qapısı, turist cəlb etməyin açarıdır. Əsl səyahət, istirahət, turizm məskəni olan Cek kəndinin əhalisinin əvvəllər rayon mərkəzi ilə, aşağı kəndlərlə əlaqəsi payız-qış vaxtı tamamilə kəsilir, yaz-yay aylarında isə çox çətinliklə mümkün olurdu. Əhalinin, xüsusən dağ yerlərində yaşayan insanların daha firavan yaşaması üçün rahat yolların çox böyük əhəmiyyəti vardır.
Yol Hələ ötən XX əsrin səksəninci illərinin ikinci yarısında Quba-Qəçrəş-Qrızdəhnə-Xınalıq avtomobil yolunun çəkilməsinə başlanılsa da, yol inşaatçıları ötən müddətdə hər iki istiqamətdə hərəkət edərək gəlib Qrızdəhnə kəndi ilə Cek kəndləri arasında dayanmışdılar. Bu aradakı qayalar partladıldıqdan sonra iş davam etdiriləcəkdi. Amma maliyyələşdirmə və texnika ilə təminat olmadığından eləcə də qaldı. Lakin hazırda Quba-İspik-Xınalıq adlanan bu avtomobil yolunun tikintisi cənab Prezident İlham Əliyevin göstərişi ilə başa çatmışdır. Dövlətimizin başçısı bu il oktyabrın 7-də özü şəxsən Quba-İspik-Xınalıq avtomobil yolunun istifadəyə verilməsi mərasimində iştirak etmişdir. Yolun ümumi uzunluğu 57 kilometr, eni çətin sahələrdə 5-6, qalan yerlərdə isə 8-10 metrdir. 1,2 milyon kubmetr torpaq, qazma, partlayış işləri görülmüşdür. 45 min ton asfalt döşənmiş, 9 ədəd yeni körpü tikilmiş, 39 ədəd suötürücü boru quraşdırılmış, təhlükəsizlik bəndləri tikilmişdir. Qəçrəş-Qımılqazma-Qırızdəhnə-Əlik-Cek-Xınalıq istiqamətində çəkilmiş yolun inşasında 270-dən çox müxtəlif texnikadan istifadə olunmuş, ümumilikdə 14 milyon manat vəsait xərclənmişdir. Yolun tikintisində min nəfərə qədər işçi çalışmışdır. Məktəb Həmçinin, 2006-cı ilin əvvəllərində YUNESKO-nun Xoşməramlı Səfiri Mehriban Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun həyata keçirdiyi “Yeniləşən Azərbaycana yeni məktəb” proqramına əsasən Cek kəndində hələ 1928-ci ildə yaradılmış məktəbin son illərdə tamamilə yararsız vəziyyətə düşmüş binası yenidən inşa edilərək, istifadəyə verilmişdir ki, bu da ceklilərin elmi potensiallarının daha da artmasında, təhsil səviyyələrinin daha da yüksəldilməsində çox əhəmiyyətli rola malik olacaqdır.





Quba rayonu haqqında
Quba rayon İcra
hakimiyyəti

Turizm gözəllikləri
Qəçrəş
Xınalıq
Çox oxunan kitablar
Muzeyin eksponatları
Cənnət bağı
Qonaqkənd
Görkəmli şəxslər
Abidələrimiz
1918-ci il soyqırımı
Azsaylı xalqlar
Quba-Qusar batalyonu
haqqında

Quba-Qusar batalyonunun
şəhid olan döyüşçüləri